oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

21 Dec 2016 06:12:00

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

21 Dec 2016 06:12:00

2016-cı il dekabr ayının 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.

Dünya Bankının (DB) nümayəndələrinin iştirakı ilə keçirilən ÇQ-nin iclasında MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanması, bu mexanizmin tətbiqi ilə bağlı DB tərəfindən göstəriləcək texniki yardımla bağlı məsələlər müzakirə edilmişdir.

İclasda, eyni zamanda, 2015-ci ili əhatə edən MHŞT Hesabatı, MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planı, MHŞT-nin Azərbaycanda təsirinin təhlilinə dair şərtlər toplusu, 2016-cı il üzrə iş planının icra vəziyyəti, 2017-ci il üzrə illik iş planının məqsədlərinin milli prioritetlərə uyğun olaraq müəyyənləşdirilməsi və MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi haqqında ÇQ-nin siyasəti kimi məsələlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Dünya Bankının nümayəndələri tərəfindən ÇQ üzvləri üçün MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanmasının tətbiqinə dair seminar da keçirilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol