oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək

23 Sep 2019 10:57:00

ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini PraysvoterhausKupers Audit Azərbaycan şirkəti həyata keçirəcək

23 Sep 2019 10:57:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirmişdir.

Xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş PraysvoterhausKupers Audit Azərbaycan şirkəti müsabiqənin qalibi müəyyən edilmiş və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilmişdir.

Xəbərlərə abunə ol