oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən bildiriş

15 Aug 2022 19:39:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən bildiriş

15 Aug 2022 19:39:00

Diqqət: Son üç ayda Azərbaycan Respublikası Dövlət Neft Fondu ( ARDNF ) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(ARDNŞ) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır. Bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanmışdır. ARDNF Mətbuat xidməti bu paylaşımların tamamilə yalnış və həqiqəti əks etdirməyən məlumat olduğunu vətədaşların diqqətinə çatdırır. Qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

Bir daha bildiririk ki, ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları info@oilfund.az ünvanına göndərmələrini xahiş edirik.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur.

Xəbərlərə abunə ol