ARDNF-nin universitetlərlə iş birliyi çərçivəsində "“Dəyişən dünyada sərvətin səfərbər edilməsi” başlığı ilə keçirdiyi növbəti infosessiya 9 mart tarixində UNEC- Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub.
Fondun İnvestisiya departamentinin Daşınmaz əmlak şöbəsinin treyderi Günel Musayevanın moderatorluğu, Risklərin idarəedilməsi departamentinin Modelləşdi̇rmə və gəli̇rli̇li̇yi̇n ölçülməsi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli, İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsi̇nin müdiri İqrar İsgəndərovun iştirakı ilə baş tutan ilk sessiyada tələbələrə ARDNF-nin investisiya portfeli, fəaliyyəti, maliyyə bazarlarında baş verən dalğalanmalar və cari vəziyyət haqqında ətraflı məlumat verilib.
Fondun Risklərin idarəedilməsi departamentinin Alternati̇v investi̇si̇yalar üzrə ri̇skləri̇n idarə edi̇lməsi̇ şöbəsi̇nin aparıcı təhlilçisi Agil Ömərov isə öz çıxışında Suveren sərvət fondları, keçən ilin noyabr ayında ARDNF-nin ev sahibliyi ilə Bakıda keçirilmiş Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun 14-cu illik iclası və bu çərçivədə hazırlanmış “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi – Bakı çıxarışları” başlıqlı tədbirin icmal hesabatı barədə danışıb.
Tədbirin ikinci sessiyasında İnsan resursları departamentinin aparıcı mütəxəssisi Fuad Mirzəyev Fondun isə qəbul prosedurları və "Təhlilçi Məzun 2023" təcrübə proqramı mövzusunda təqdimatla çıxıb edib.
İştirakçılar arasında yer alan, bakalavr təhsilini Maliyyə və mühasibatlıq fakültəsi üzrə tamamlamış UNEC məzunu və "Təhlilçi Məzun 2022" təcrübə proqramının iştirakçısı olmuş Fuad İsgəndərov da Fondla bağlı təcrübəsini tələbələrlə bölüşüb. Qeyd edək ki, Fuad keçən ilin avqust ayından etibarən Fondun İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsi̇ndə treydər vəzifəsində çalışır və hazırda UNEC-də maqistr dərəcəsi üzrə maliyyə təhsilini davam edir.
Tələbələrin suallarını cavablayan Fond əməkdaşları onlarla öz tövsiyyələrini bölüşüblər.