London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Azərbaycan Tələbə Cəmiyyəti ilə London Universitet Kolleci, London Kral Kolleci və London Kraliça Meri Universitetlərinin Azərbaycan Cəmiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən LSE Azərbaycan Konfransı 2023 çərçivəsində ARDNF paneli baş tutub.
17-19 mart tarixlərində keçiriləcək tədbirin ilk günündə Birləşmiş Krallıqda təhsil almış ARDNF əməkdaşları tələbələrlə öz təcrübələrini və tövsiyyələrini bölüşüb, Fondun işə qəbul prosesləri və iş imkanları barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Birləşmiş Krallıqda fəaliyyət göstərən azərbaycanlı peşəkarlarla, burda təhsil alan azərbaycanlı tələbələri bir araya gətirərək onlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və akademik həyatdan peşəkar iş həyatına keçidlə bağlı tələbələrin maarifləndirilməsidir.
Tədbirin ilk günü Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycanda karyerasını davam etdirən peşəkarlar arasında fikir mübadiləsinə həsr olunub.