20 aprel tarixində ARDNF əməkdaşlarının iştirakı ilə Bakı Dövlət Universitetində Fond barədə məlumatlılığın artırılması məqsədilə infosessiya keçirilib.
Universitetin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri ilə görüşdə Fondun İnvestisiya departamentinin Səhmlər və alternativ investisiyalar şöbəsinin baş treyderi Nigar Əzizova Fondun invetisiya portfeli və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Tədbirdə həmçinin, Fondun elan etdiyi Yay təcrübə proqramı və onun üstünlükləri barədə tələbələrə ərtaflı məlumat verilib.
Qeyd edək ki, iyun-iyul aylarını əhatə edən və bakalavr, magistr, MBA dərəcələri üzrə təhsilini 2022 və 2023-cü illərdə başa vuran bütün yeni məzunlar, eləcə də, yüksək akademik göstəricilərə malik ikinci kurs magistr və ya MBA dərəcələri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan təcrübə proqramına son icra tarixi 28 apreldir.