Azərbaycan Respublikası Dövlət Neft Fondunda 5 iyun tarixində Yay Təcrübə Proqramının açılış mərasimi baş tutub. Belə ki, müxtəlif seçim mərhələlərindən keçərək təcrübə proqramına seçilmiş tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib.
Tədbir çərçivəsində təcrübəçiləri salamlayan İnsan resursları departamentinin aparıcı mütəxəssisi Günel Əsgərova hər il keçirilən təcrübə proqramının Fondun işə qəbul strategiyasındakı əhəmiyyətli rolunu vurğulayıb və proqram barədə ətraflı məlumat verib. Daha sonra İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsinin baş treyderi Elvin Abbasov Fondun investisiya fəaliyyəti və aktivlərin bölgüsü mövzusunda təqdimatla çıxış edib. Fondun İctimaiyyətlə əlaqələr departameninin aparıcı mütəxəssisi Aynurə Səmədova isə Fondun korporativ dəyərləri və etik davranış qaydaları barədə danışıb.
"Təhlilçi Məzun - 2022" təcrübə proqramının iştirakçısı olmuş və hazırda Fondun İnvestisiya departamentinin Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsi̇ndə treydər vəzifəsində çalışan Fuad İsgəndərov da Fondla bağlı təcrübəsini tələbələrlə bölüşüb.
Sonda təcrübəçilərin suallarını cavablayan Fond əməkdaşları onlara öz tövsiyyələrini bildiriblər.
Qeyd edək ki, proqramın davam edəcəyi 8 həftə ərzində təcrübəçilər, İnvestisiya, Risklərin idarəedilməsi, Neft kontraktları, İnsan resursları, Büdcə proqnozlaşdırma və layihələr, Mühasibat uçotu və hesabatı, İctimaiyyətlə əlaqələr, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları kimi fərqli departamentlərdə və İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsində real iş mühitində təcrübə və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə edəcəklər.