20 noyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında keçirilən “Uğurlu Səhm” (“Stock Pitch”) müsabiqəsinin yarımfinal mərhələsi baş tutub.
Müsabiqədə iştirak üçün müraciət edən, ümumilikdə 28 universiteti təmsil edən 63 komandadan yalnız 33-ü ilkin dəyərləndirilmədən sonra növbəti mərhələyə seçilib. Bu komandalardan səhmin seçimi və təhlili ilə bağlı verilən tapşırıqları daha düzgün yerinə yetirmiş aşağıdakı 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb: “Birja Turtles”, “Cash me if you can”, “Team 7”, “ESG”, “Finance Bros”, “The Hunting Elephants” (Azərbaycan Dövlət İqtisad Universiteti Universiteti); “Team Markowitz”(ADA Universiteti); “The Rolling Stonks”( Azərbaycan Dövlət İqtisad Universiteti Universiteti, Bakı Biznes Universiteti).
Yarımfinal mərhələsində mübarizə aparan komandaların təqdimatları, investisiya seçimi və təhlili bacarıqları münsiflər heyəti tərəfindən dəyərləndirilib və bütün tələblərə cavab verən 4 komanda ("Birja Turtles”, “Cash me if you can”, “Team Markowitz”, “Team 7”) noyabr ayının 23-də ARDNF-nin inzibati binasında baş tutacaq final mərhələsində iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, müsabiqədə qalib gələn komandalar pul mükafatı (I yer - 7000 AZN, II yer – 5000 AZN, III yer - 3000 AZN) ilə yanaşı, Dövlət Neft Fondunun müvafiq departamentində 1 aylıq təcrübə keçmək imkanı da əldə edəcəklər.