oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün “Layihələrin idarə olunması” mövzusunda vebinar təşkil olunub

24 Sep 2024 17:57:00

Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün “Layihələrin idarə olunması” mövzusunda vebinar təşkil olunub

24 Sep 2024 17:57:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 25-ci və “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ARDNF, Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə xaricdə təhsil alan azərbaycanlı tələbələr ilə vebinar formatlı görüş təşkil olunub.

Tədbirin açılışında çıxış edən ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov və ASAP-ın İcraçı direktoru Sevda Mansurova vebinar iştirakçılarını salamlayaraq təmsil etdikləri qurumların fəaliyyəti, Azərbaycanın neft strategiyasının insan kapitalının inkişafına təsiri, eləcə də gənclərin şəxsi və peşəkar bacarıqlarının genişləndirilməsi üçün dövlət tərəfindən yaradılan imkanları qeyd etdilər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış “Əsrin müqaviləsi”nin ölkənin sosial-iqtisadi inkişafında oynadığı tarixi rol və ARDNF tərəfindən maliyyələşdirilən ümummilli layihələrin əhəmiyyəti çıxışçılar tərəfindən vurğulandı.

Daha sonra ARDNF-nin Büdcə və layihələr departamentinin mütəxəssisi Zöhrə Abbasova tərəfindən iştirakçılar üçün “Layihələrin idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə layihələrin səmərəli idarə olunmasının üsulları, hal-hazırda ən çox istifadə olunan beynəlxalq praktikalar, dövlət sektorunda layihələrin idarə olunması sisteminin tətbiqi, layihələrin mərhələli inkişafı, eləcə də maraqlı tərəflərlə əməkdaşlığa dair geniş məlumat təqdim olunub.

Vebinarın yekununda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İrlandiya, İsveç Kralllığı, Türkiyə Respublikası, Avstriya, Çexiya, Almaniya Federativ Respublikası da daxil olmaqla ondan çox xarici ölkədə təhsil alan azərbaycanlı tələbələr sözügedən vebinarda iştirak edib.

Xəbərlərə abunə ol