oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF Azərbaycan Dövlət İqtisad Universitetində infosessiya keçirib

10 Oct 2025 11:34:00

ARDNF Azərbaycan Dövlət İqtisad Universitetində infosessiya keçirib

10 Oct 2025 11:34:00

ARDNF universitetlərlə əməkdaşlıq proqramı çərçivəsində UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr üçün infosessiya keçirib.

İnfosessiya zamanı ARDNF-nin əməkdaşları tərəfindən tələbələrə Fondun investisiya strategiyası və aktivlərin idarə olunması, Hasilatın Pay Bölgüsü sazişlərində və strateji layihələrdə Fondun rolu, neft gəlirlərinin idarə olunması və ARDNF-nin ölkə iqtisadiyyatındakı mövqeyi barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv keçirilən sessiyanın sonunda tələbələrin suallarını cavablandıran ARDNF əməkdaşları onlarla peşəkar fəaliyyətləri müddətində qazanılan təcrübələri və öz tövsiyələrini bölüşüblər.

Xəbərlərə abunə ol