ARDNF-nin Suveren Fondların Beynəlxalq Forumu (SFBF) ilə sıx əməkdaşlığı çərçivəsində “Komplaynsın kontekstdə qiymətləndirilməsi: suveren fondlarda idarəetmə və risk yanaşmaları” adlı yeni hesabat dərc olunmuşdur.
Bu nəşrdə suveren sərvət fondlarının fəaliyyətində komplayns prosesinin dəyişən rolu araşdırılır, şəffaflıq və hesabatlılığı təşviq edən əsas idarəetmə strukturları təqdim olunur, eyni zamanda, mürəkkəbləşən qlobal mühitdə fondların yeni yaranan risk prioritetlərinə yanaşmaları təhlil edilir.