oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-in Müşahidə Şurası birinci iclasını keçirmişdir

16 Jul 2002 19:16:00

ARDNF-in Müşahidə Şurası birinci iclasını keçirmişdir

16 Jul 2002 19:16:00
16 iyul 2002-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclası keçirilmişdir.

Neft Fondunun Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli 855 nömrəli Sərəncamı ilə təsdiq ediliblər. Müşahidə Şurasının birinci iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2001-ci ildə fəaliyyəti haqqında illik hesabatına və "Ernst ənd Yanq" müstəqil auditor şirkəti tərəfindən aparılmış Fondun maliyyə hesabatının auditinin nəticələrinə baxılmış və təsdiq olunmuş, Fondun 2002-ci il büdcəsinə dəyişikliklər edilməsi haqqında qərar qəbul edilmiş və Müşahidə Şurasının reqlamenti təsdiq edilmişdir.

İclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasizadə növbəti iclasa qədərki müddətə Neft Fondunun Müşahidə Şurasının sədri təyin edildi.

Xəbərlərə abunə ol