oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Qiymətlər üçün sorğu: ARDNF üçün hüquq xidmətləri

21 Feb 2002 11:00:00

Qiymətlər üçün sorğu: ARDNF üçün hüquq xidmətləri

21 Feb 2002 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu beynəlxalq maliyyə fəaliyəti ilə bağlı məsələlər üzrə hüquq məsləhətçilərin xidmətlərini cəlb etmək niyyətindədir.

İştirak etmək üçün tələb olunan şərtlər:

İddiaçı aşağıdakı tələblərə cavab verməlidir:

  • Beynəlxalq maliyyə sövdələşmələri və müqavilələri üzrə hüquq məsləhətləri sahəsində tanınmış və nüfuzlu hüquq şirkəti olmaq;
  • Neft və qaz sahəsi ilə bağlı hüquqi sənədləşmə daxil olmaqla, İnkişaf etməkdə olan Bazarlarla bağlı müvafiq təcrübəyə malik olmaq;
  • Azərbaycan Respublikası ərazisində hüquqi məsləhət xidmətlərini həyata keçirilməsinə hüquq verən lisenziyaya malik olmaq;

Maraq göstərən şirkətlər 5 Mart 2002-ci il tarixindən gec olmayaraq öz maraqlarını təqdim etməklə yanaşı aşağıdakı sənədlərini təqdim etməlidirlər:

  1. seçilməyə münasib olmalarını ispat edən sənədlər (lazımi lisenziya və şəhadətnamələr);
  2. ARDNF-a hüquqi məsləhət xidməti göstərilməsi üçün təyin olunması nəzərdə tutulan yerli və baş idarə işçilərinin tərcümeyi-halları;
  3. (b) bəndində qeyd olunan işçilərin xidmət göstərdiyi müştərilərin və iştirak etdiyi layihələrin siyahısı ;
  4. hüquqi xidimətlərin göstərilməsi üzrə müqavilə layihəsi;

hüquqi xidmətlər üzrə tariflər (saat hesabı və ya digər).

Xəbərlərə abunə ol