Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2005-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2006-cı il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2006-cı ildə Fondun gəlirləri 807 842,6 min YM(yeni Azərbaycan manatı), xərcləri 954 287,7 min YM nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2006-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən Dövlət Neft Fondunun yaradılması barədə qərarın qəbul edilməsinin 5 illiyi ilə əlaqədar olaraq AzərTac Dövlət Teleqraf Agentliyinə müsahibə vermişdir.
Cənab Şərifov öz müsahibəsində Dövlət Neft Fondunun yaradılması fəlsəfəsi - Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması prinsipi, Neft Fondunun fəaliyyəti, onun vəsaitlərin idarə edilməsi ilə bağlı əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət, Fond yarandığı gündən bu günədək toplanmış vəsaitlər və onların xərc istiqamətləri barədə danışmışdır. O, Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsaitlərin Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin, daha sonra isə Azərbaycanın iqtisadi-siyasi həyatı üçün böyük önəm daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin maliyyələşdirilməsinə istiqamətləndirildiyini xatırlatmış və bu məqsədyönlü siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini xüsusi vurğulamışdır.
S. Şərifov bildirmişdir ki, Heydər Əliyevin banisi olduğu Milli Neft Strategiyasına əsaslanaraq yaradılmış Neft Fondu ulu öndərin Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə verdiyi ən qiymətli töhfələrindən biridir.
Müsahibə dekabrın 29-da rəsmi qəzetlərdə (Xalq qəzeti, Respublika, Azərbaycan)dərc olunmuşdur.