oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-in İcraçı Direktoru Ernst&Young MBD şirkətinin idarəedici partnyorunu qəbul etmişdir

29 Nov 2004 11:00:00

ARDNF-in İcraçı Direktoru Ernst&Young MBD şirkətinin idarəedici partnyorunu qəbul etmişdir

29 Nov 2004 11:00:00

2004-cü il noyabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifov Ernst&Young şirkətinin MBD üzrə rəhbərliyni təmsil edən nümayəndə heyətini qəbul etmişdir. Görüşdə nümayəndə heyətinə başçılıq edən Ernst&Young MBD şirkətinin idarəedici partnyoru Hans Yoxum Xorn, maliyyə bazarları üzrə idarəedici partnyor Mark Çarviz və maliyyə xidmətləri üzrə partnyor cənab Daq Qardner, eləcə də şirkətin Azərbaycandakı ofisinin direktoru cənab Codi Kempbell iştirak etmişlər.

Görüş zamanı Ernst&Young şirkətinin Azərbaycanda audit xidmətlərinin göstərilməsi sahəsində biznes perspektivləri müzakirə edilmişdir.

Müzakirələr zamanı cənab Xorn qeyd etmişdir ki, ARDNF Ernst&Young üçün Azərbaycanda ən dəyərli müştərilərdən biridir və şirkət ARDNF-in auditinin yeni elan edilmiş müsabiqə nəticəsində davam etdirilməsi arzusunda və əzmindədir.

Cənab S. Şərifov Ernst&Young şirkəti ilə əməkdaşlığın Neft Fondu üçün faydalı olduğunu bildirmiş və şirkətin apardığı auditi ARDNF üçün vacib adlandırmışdır.

Xəbərlərə abunə ol