oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

ARDNF-ə texniki yardım göstərəcək ABŞ şirkəti müəyyənləşdirildi

02 Dec 2004 11:00:00

ARDNF-ə texniki yardım göstərəcək ABŞ şirkəti müəyyənləşdirildi

02 Dec 2004 11:00:00

Overture Managed Solutions (OMS) şirkəti ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA)və Azərbaycan Respublikası Dövlət Neft Fondu arasında Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi ilə imzalanmış sazişə əsasən keçirilən tenderin qalibi elan edilmişdir. 2004-cü il mayın 19-da imzalanmış 1 milyon 91 min dollar məbləğində texniki yardim (grant) ayrılması haqqinda sazişə əsasən keçirilmiş tenderdə 8 şirkət iştirak etmişdir.

Müqavilənin şərtlərinə görə, texniki yardım göstərəcək ixtisaslaşmış məsləhətçi şirkətin seçilməsi məqsədilə TİA tərəfindən elan edilmiş tenderdə yalnız ABŞ şirkətləri iştirak edə bilərlər. Tenderin qalibi olmuş şirkətlə müqavilənin imzalanması və onun TİA tərəfindən bəyənilməsi 2 aydan artıq çəkə bilər.
Baş ofisi Nyu-Yorkda yerləşən OMS şirkəti Overture Asset Managers, LLC grupunun bir hissəsi olaraq maliyyə təsisatlarında vəsaitlərin yerləşdirilməsi üçün ən müasir idarəetmə sistemlərinin «açar təhvili» prinsipi əsasında qurulması üzrə ixtisaslaşır. OMS həmçinin vəsaitləri idarə edən maliyyə qurumları, təqaüd (pensiya) fondları və digər institusional fondlar üçün bu sistemlərin tətbiqi üzrə məsləhət xidmətlərini və kadr hazırlanmasını həyata keçirir.

OMS tərəfindən məsləhət xidmətlərinin göstərilməsi üçün həmçinin Alyaska Fondunun rəhbər vəzifəli mütəxəssisləri cəlb olunub.OMS şirkətindən başqa tenderdə ABŞ-ın Baker & McKenzie, Copley Investment Management, Econergy International Corporation, Bearing Point, LJC Group LTD, KPMG LLP, Sky BoardBand Services, Inc. şirkətləri də iştirak etmişlər.

Xəbərlərə abunə ol