oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2004-cü ilin birinci rübü üçün gəlir və xərclər barədə açıqlama )

21 Apr 2004 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatı ( 2004-cü ilin birinci rübü üçün gəlir və xərclər barədə açıqlama )

21 Apr 2004 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2004-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun gəlirləri 159,8 milyard manat, xərcləri 218,8 milyard manat təşkil etmişdir.

Ötən rüb ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 125,6 milyard manat, o cümlədən mənfəət neftinin satışından 102,8 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 14,9 milyard manat, bonus ödənişlərindən 7,9 milyard manat təşkil etmişdir. Birinci rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 34,2 milyard manat gəlir əldə edilmişdir.

2004-cü ilin birinci rübündə Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 N--li, 07 sentyabr 2001-ci il tarixli 577 N--li və 13 may 2002-ci il tarixli 700 N--li Fərmanlarının, habelə Neft Fondunun 2004-cü il büdcəsinin icrası üzrə Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 1,7 milyard manat Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında ödənilmiş, 4,4 milyard manat Bakı-Tbilisi-Ceyhan əsas ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmiş, 136,0 milyard manat dövlət büdcəsinə transfer edilmişdir. Ötən dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 43,7 milyard manat, o cümlədən aparatın saxlanılması ilə bağlı xərcləri 0,4 milyard manat, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri isə 43,3 milyard manat olmuşdur. Cari ilin birinci rübündə 2003-cü ilin nəticələrinə görə dövlət büdcəsinə əlavə olaraq 33, 0 milyard manat mənfəət vergisi köçürülmüşdür.

2004-cü il yanvarın 01-ə 4 trilyon 15,0 milyard manata (təqribən 815 milyon ABŞ dolları) bərabər olmuş Fondun vəsaiti 2004-cü il mart ayının 31-nə 3 trilyon 956 milyard manat (təqribən 803,3 mln. ABŞ dolları) təşkil etmişdir.

Xəbərlərə abunə ol