oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşgul olan şirkətlər üçün hazırladığı hesabat forması müzakirə olunub

18 Mar 2004 11:00:00

MHŞT üzrə komissiyanın mineral ehtiyatları ilə məşgul olan şirkətlər üçün hazırladığı hesabat forması müzakirə olunub

18 Mar 2004 11:00:00

Martın 18-də Azərbaycan Respublikası Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə komissiyanın sədri,Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Samir Şərifovun sədrliyilə Azərbaycanda fəaliyyət göstərən və neft və gas hasilatı ilə məşgul olan şirkətlərin dövlətə ödənişləri ilə baglı hesabat forması layihəsinin müzakirəsi kecirilib.

Cənab S.Şərifov Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin 2003-cü il ücün, gələcəkdə isə rüblük hesabatlarını Azərbaycan hökumətinə təqdim etmələrinin vacibliyini vurğulayıb. Komissiya sədri bildirib ki, hökumətin MHŞT-nin "aldiğını dərc et" prinsipinə əməl etməsi üçün mineral ehtiyatların hasilatı ilə məşğul olan şirkətlərdən ödənişlərlə bağlı hesabat alması vacibdir. Azərbaycanda digər mineral ehtiyatlarına dair sahələrdə hal-hazırda fəaliyyət olmadığından müzakirələr zamanı yalniz neft və gaz hasilatı ilə məşgul olan şirkətlərin hesabat verməli olduğu geyd edilib.ARDNŞ-in isə yalnız hasilat və emalla məşgul olan bölməsi hesabat verəcək.

Gorüş zamanı hesabat formaları ətraflı müzakirə olunub, xarici şirkətlərin nümayəndəklərilə dərin fikir mübadiləsi aparılıb və komissyia sədri tərəfindən müvafiq izahatlar verilib.

Cənab S.Şərifov bildirib ki, qeyri-hökumət təşkilatlarınin
bu prosesə xüsusi marağı nəzərə alınaraq mineral ehtiyatların hasilatı ilə məşğul olan şirkətlərin
dövlətə ödənişləri ilə baglı hesabat formasının layihəsi növbəti göruşdə QHT nümayəndələrilə müzakirə olunacaq.

Goruşün sonunda 2003-cü il üçün hesabatların aprel ayının sonunadək hökumətə təqdim olunması ilə bağlı razılığa gəlinib.

Goruşə Azərbaycanda mineral ehtiyatların hasilatı sahəsində fəaliyyət göstərən bütün şirkətlər dəvət olunsa da, müzakirələrdə yalniz Commonwealth Oil&Gas Company Limited, Conoco-Phillips, Lukoil-Azerbaijan, Salyan Oil LTD, UNOCAL, Exon Mobil, Turkish Petroleum, ITOCHU Oil Exploration, British
Petroleum şirkətlərinin nümayəndələri təmsil olunublar. Bundan başqa müzakirələrdə Böyuk Britaniyanın Azərbaycandakı səfirliyinin
Neft-Gaz, Ticarət və Yatırım Attaşesi, eləcə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Yanacaq və Energetika vəVergilər Nazirliklərinin nümayəndələri də iştirak ediblər.

2003-cü il iyunun 17-də Londonda keçirilmiş Təbii Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu konfransında Azərbaycan Prezidenti İlham Əliyevin başçilıgı ilə iştirak edən nümayəndə heyəti həmin konfransda bu təşəbbüsə qoşuldugunu bəyan edib. Prezidentin tapşirigi əsasında ötən ilin noyabr ayinda Nazirlər Kabineti tərəfindən verilmiş sərəncamla təşəbbüsün həyata keçirilməsi üçün ölkə nazirliklərinin nümayəndələrinin təmsil olunduğu millli komissiya yaradılıb.

Xəbərlərə abunə ol