2006-cı il oktyabrın 25-də RAFI Oil şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 24-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri,o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Inpex Azərbaycan şirkəti Memoranduma 2005-ci il iyulun 19-da, Binəqədi Oil şirkəti isə 2006-cı il oktyabrın 13-də qoşulub.
“Qoşulma Aktı”nı imzalamaqla RAFİ Oil Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti – beşinci hesabat dövrü (2006-cı ilin ilk 6 ayı) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.