oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin məlumatı (2005-ci il yanvar-sentyabr aylarında gəlir və xərclər barədə açıqlama)

07 Nov 2005 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin məlumatı (2005-ci il yanvar-sentyabr aylarında gəlir və xərclər barədə açıqlama)

07 Nov 2005 11:00:00
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2005-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 2210,2 milyard manat (442 milyon yeni Azərbaycan manatı-YM), büdcə xərcləri isə 667,6 milyard manat ( 133,5 mln YM) təşkil etmişdir.

Ötən doqquz ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1787,8 milyard manat (357,5 milyon YM), o cümlədən mənfəət neftinin satışından 1716,8 milyard manat (343,4 milyon YM), neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 60,2 milyard manat (12,0 milyon YM), bonus ödənişlərindən 4,6 milyard manat ( 0,9 milyon YM), akrhesabı ödənişlərdən isə 6,2 milyard manat (1,2 milyon YM) təşkil etmişdir. Xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən isə 7,3 milyard manat (1,5 milyon YM) gəlir əldə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sabitləşdirmə hesabından ARDNF-ə daxilolmalar 316, 5 milyard manat (63,3 milyon YM) təşkil etmişdir. 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 98,6 milyard manat (19,7 milyon YM) gəlir əldə edilmişdir.

2005-ci ilin ilk doqquz ayı ərzində Neft Fondunun 2005-ci il büdcəsinin icrası çərçivəsində 162 milyard manat (32,4 milyon YM) qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 45,9 milyard manat ( 9,2 milyon YM) Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 455 milyard manat (91 milyon YM) isə dövlət büdcəsinə transfer edilmişdir. Ötən dövr ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 4,7 milyard manat (0,9 milyon YM) olmuşdur.
Yanvar-sentyabr aylarında Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 423,1 milyard manat (84,6 milyon YM), o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 405,7 milyard manat (81,1 milyon YM), dövlət büdcəsinə köçürülmüş mənfəət vergisinin miqdarı isə 17,4 milyard manat (3,5 milyon YM) təşkil etmişdir.

2005-ci il sentyabr ayının 30-a Fondun aktivləri 5 trilyon 846 milyard manata (1 169 milyon YM; təqribən 1273 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol