oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə üçüncü mərhələnin hesabatlarına “AGN Mak” şirkəti rəy verəcək

30 Sep 2005 11:00:00

MHŞT üzrə üçüncü mərhələnin hesabatlarına “AGN Mak” şirkəti rəy verəcək

30 Sep 2005 11:00:00
2005-ci il sentyabrın 29-da Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir.
İclas zamanı içərisində audit şirkətlərinin təklifləri olan bağlı və möhürlü zərflər Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim olunmuşdur. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim Qrupunun üzvləri Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə 2005-cü ilin ilk 6 ayı üzrə hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqə keçirmişlər.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun olaraq, üçüncü hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı ARDNF tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu auditor şirkətinə ("Deloyt ənd Tuş", "Praysuoterhauskupers", "Ernst ənd Yanq" və “Mur Stefens Azərbaycan”), eləcə də beynəlxalq “Accountants Global Network” qrupuna daxil olan milli “AGN Mak Azərbaycan LTD” şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmiş və Azərbaycan Respublikasınını satınalamalar barədə qanunvericiliyinə uyğun olaraq, yerli mətbuatda tenderə dəvət elanı verilmişdir.
Nəticədə, müsabiqədə "Deloyt ənd Tuş", "Praysuoterhauskupers" və “AGN Mak” şirkətləri iştirak etmiş, "Ernst ənd Yanq" və “Mur Stefens Azərbaycan” şirkəti isə müsabiqəyə qatılmamışlar.
Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və texniki təkliflər qiymətləndirilmiş və Seçim Qrupunun qərarına uyğun olaraq, "AGN Mak" şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Azərbaycan hökuməti MHŞT çərçivəsində öz hesabatlarını artıq iki dəfə açıqlayıb. 2003-cü və 2004-cü ili əhatə edən hesabatlar “Deloyt ənd Tuş” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən tutuşdurularaq təhlil olunub və onlara rəy verilib.

Xəbərlərə abunə ol