Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Brayan Folu qəbul etmişdir. Görüş zamanı Azərbaycanın Böyük Britaniyanın Baş naziri Toni Bleyer tərəfindən irəli sürülmüş Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündə fəal iştirakı da müzakirə olunmuşdur. Cənab İlham Əliyev Azərbaycanın bu Təşəbbüslə bağlı mühüm tədbirlər həyata keçirdiyini qeyd etmişdir.
Cənab Brayan Fol Azərbaycanın beynəlxalq Şəffaflıq Təşəbbüsündə fəal iştirakının bu Təşəbbüsə qoşulan digər ölkələr üçün nümunə olduğunu xüsusi vurğulamışdır.