Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Overture Managed Solutions (OMS) şirkətinin ana şirkəti Overture Financial Services arasında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən “Neft Fondunun İnstitusional Quruculuğun Təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsinə dair 2005-ci il yanvarın 18-də imzalanmış saziş TİA tərəfindən bu il aprelin 7-də bəyənilmiş və bununla da hüquqi qüvvəyə minmişdir.
Bununla əlaqədar olaraq, 12 aprel 2005-ci ildən etibarən OMS şirkətinin nümayəndələri Bakıya gələrək ARDNF-ə texniki xidmətin göstərilməsinə başlayacaqlar. Layihənin 9 ay ərzində başa çatacağı planlaşdırılır.
OMS 2004-cü ilin noyabrında TİA tərəfindən keçirilən tenderin qalibi elan edilmişdir. Baş ofisi Nyu-Yorkda yerləşən OMS şirkəti maliyyə təsisatlarında vəsaitlərin yerləşdirilməsi üçün ən müasir idarəetmə sistemlərinin “açar təhvili” prinsipi əsasında qurulması üzrə ixtisaslaşır. OMS həmçinin vəsaitləri idarə edən maliyyə qurumları, təqaüd (pensiya) fondları və digər institusional fondlar üçün bu sistemlərin tətbiqi üzrə məsləhət xidmətlərini həyata keçirir.
ARDNF-in institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi üçün TİA və ARDNF arasında Fondun institusional quruculuğunun təkmilləşdirilməsi məqsədi ilə 1 milyon 91 min dollar məbləğində texniki yardim(grant) ayrılması haqqinda saziş 2004-cü il mayın 19-da Bakıda imzalanmışdır.