oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Komissiyanın sədri diplomatik korpusun nümayənədələri üçün brifinq keçirib

11 Apr 2005 11:00:00

MHŞT üzrə Komissiyanın sədri diplomatik korpusun nümayənədələri üçün brifinq keçirib

11 Apr 2005 11:00:00
11 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, Mineral Ehtiyatların Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Komissiyanın sədri Samir Şərifov xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri (34 səfirlik və beynəlxalq təşkilatların nümayəndələri) üçün “Azərbaycan və Mineral Ehtiyatların Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü ” mövzusunda brifinq keçirib.

Brifinq zamanı S. Şərifov tərəfindən verilmiş təqdimatda Azərbaycanın MHŞT-ə qoşulmasının tarixi, Təşəbbüsün Azərbaycanda tətbiqinə dair MHŞT üzrə Komissiya tərəfindən xüsusi mexanizmin hazırlanması, MHŞT üzrə Hökumət Komissiyası, xarici və yerli hasilat (neft və qaz) şirkətləri və “Mədən Sənayesində Şəffaflığın Artırılması” (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında MHŞT-nin həyata keçirilməsi ilə bağlı Memorandumun imzalanması, dünyada ilk dəfə olaraq Azərbyacanda MHŞT üzrə hesabatların açıqlanması, MHŞT-nin Azərbaycanda tətbiqi prosesinin dünyanın aparıcı ölkələrinin liderləri tərəfindən bəyənilməsi, Azərbaycanın bu sahədə öz təcrübəsini digər ölkələrlə bölməyə hazır olması barədə brifinq iştirakçılarına məlumat verilmişdir.

Xəbərlərə abunə ol