oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası hökumətinə daxiolmalar barədə hesabat Deloyt ənd Tuş şirkətinə təqdim edildi

25 Jan 2005 11:00:00

Azərbaycan Respublikası hökumətinə daxiolmalar barədə hesabat Deloyt ənd Tuş şirkətinə təqdim edildi

25 Jan 2005 11:00:00

Azərbaycan Respublikası hökumətinin Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən daxiolmaları barədə (2003-cü il və 2004-cü ilin 6 ayı üzrə) hesabatlar Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın üzvləri tərəfindən Komissiyanın iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra 2005-cü il yanvarın 25-də Deloyt ənd Tuş şirkətinə göndərilmişdir.

Hesabatların Deloyt ənd Tuş şirkətinə təqdim olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və qeyri hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilir. Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər də Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabatlarını fərdi olaraq hökumətin hesabatı ilə tutuşdurulması məqsədilə Deloyt ənd Tuş şirkətinə təqdim edəcəklər. Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilmiş müsabiqənin qalibi elan olunmuş Deloyt ənd Tuş şirkəti öz rəyini bir ay ərzində açıqlamalıdır.

Xəbərlərə abunə ol