2006-cı il oktyabrın 31-də Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri çənab Artur Rasizadənin sədrliyi ilə Müşahidə Şurasının növbəti iclası kecirilmişdir. İclasda Fondun 2007-cı il üçün büdcə layihəsi müzakirə olunmuşdur.
İclasda Dövlət Neft Fondunun 2007-cı il üçün büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul sayılmış və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.
Baş Nazir cənab A.Rasizadə yenidən Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri secilmişdir.