oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Binəqədi Oil şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

30 Oct 2006 11:00:00

Binəqədi Oil şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

30 Oct 2006 11:00:00
Binəqədi Oil şirkəti Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. “Qoşulma Aktı” adlanan sənəddə qeyd olunur ki, Binəqədi Oil şirkəti Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərdiyi üçün MHŞT üzrə hökumət Komissiyası tərəfindən Memoranduma qoşulmaq barədə dəvət almışdır. Sənəddə bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən digər hasilat şirkətləri kimi MHŞT-ni tətbiq etmək və Memorandumun bütün digər tərəfləri ilə əməkdaşlıq etmək niyyətilə Binəqədi Oil “Qoşulma Aktını” imzalayaraq Memoranduma qoşulur.
Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 23-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri,o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Inpex Azərbaycan şirkəti isə Memoranduma 2005-ci il iyulun 19-da qoşulub.
Binəqədi Oil Azərbaycanda fəaliyyətə yeni başladığı üçün Təşəbbüsün həyata keçirilməsi ilə bağlı əvvəlki hesabat mərhələsində iştirak edə bilməyib. “Qoşulma Aktı”nı imzalamaqla Binəqədi Oil Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti – beşinci hesabat dövrü (2006-cı ilin ilk 6 ayı) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Xəbərlərə abunə ol