oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı(2006-cı ilin yanvar-sentyabr aylarında gəlir və xərclər barədə açıqlama)

01 Nov 2006 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı(2006-cı ilin yanvar-sentyabr aylarında gəlir və xərclər barədə açıqlama)

01 Nov 2006 11:00:00
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2006-cı ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 730,7 milyon manat, büdcə xərcləri isə 606,8 milyon manat təşkil etmişdir.

Ötən 9 ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 684, 3 milyon manata bərabər olmuşdur. O cümlədən, mənfəət neftinin satışından 670,0 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 10,9 milyon manat, akrhesabı ödənişlərdən 1,2 milyon manat, bonus ödənişlərindən 1,8 milyon manat vəsait əldə olunmuşdur. Xarici sərmayəçilər tərəfindən verilmiş aktivlərdən isə 0,4 milyon manat gəlir əldə edilmişdir.

Xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fəqrdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənişlər 5,1 milyon manata bərabər olmuşdur. Ötən üç rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından 41,3 milyon manat gəlir əldə olunmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2006-cı il büdcəsinin icrası çərçivəsində 46,8 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 75,1 milyon manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmiş, 455,0 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsinə 1,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün isə 7,5 milyon manat vəsait ödənilmişdir. Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması məqsədliə 20,0 milyon manat vəsait ayrılmışdır. 2006-cı ilin ilk 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 0,7 milyon manat olmuşdur.

Ötən hesabat dövrü ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 29,6 milyon manat təşkil etmişdir.

2006-cı il sentyabr ayının 30-a Fondun aktivləri ilin əvvəlinə nisbətən 7,4 % artaraq 1 374, 8 milyon manata (1 569 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol