oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

18 Aug 2006 11:00:00

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

18 Aug 2006 11:00:00

Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır

"Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Deloitte audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (dördüncü)hesabatını (2005-ci il üzrə illik)– 2006-cı il avqustun 18-də açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Bununla da mineral ehtiyatlarının hasilatı ilə məşğul olan sənaye sahələrindən məcmu gəlirlər barədə artıq dördüncü hesabatını dərc etdirən Azərbaycan hökuməti Təşəbbüslə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə davam etdiyini bir daha təsdiq etmiş oldu. Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 90 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.

Deloitte audit şirkətinin Rəyində deyilir: “…31 dekabr 2005-ci il tarixdə bitən il ərzində qəbul olunmuş ödənişlərin/daxilolmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallarda düzgün əks olunmuşdur”.

Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi ilə Dövlət Neft Fondunun, habelə MHŞT üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanin Beynəlxalq Inkişaf NazirliyininQHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının internet səhifələrində yerləşdirilir.

Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə dördüncü hesabatı audit (Deloitte) şirkətinin Rəyi ilə birlikdə 16 avqust 2006-cı il tarixində keçirilmiş iclasda Memorandum tərəflərinə təqdim olunub. Tərəflərin birgə iclasında həmçinin dördüncü hesabat dövrünün nəticələri müzakirə olunub.

Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatı. Hesabat dövrü: 2005-cı il üzrə üzrə illik.

Müstəqil Mühasiblərin Rəyi - 31 dekabr 2005

Xəbərlərə abunə ol