oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

02 Aug 2006 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

02 Aug 2006 11:00:00

(2006-cı ilin yanvar-iyun aylarında gəlir və xərcləri barədə açıqlama)

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2006-cı ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 449,4 milyon manat, büdcə xərcləri isə 314,4 milyon manat təşkil etmişdir.

Ötən 6 ay ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 423,7 milyon manata bərabər olmuşdur. O cümlədən, mənfəət neftinin satışından 414,3 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 7, 2 milyon manat, akrhesabı ödənişlərdən 1, 2 milyon manat, bonus ödənişlərindən 0, 9 milyon manat vəsait əldə olunmuşdur. Xarici sərmayəçilər tərəfindən verilmiş aktivlərdən isə 0,1 milyon manat gəlir əldə edilmişdir. Ötən iki rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 25,7 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2006-cı il büdcəsinin icrası çərçivəsində 32,5 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 54,4 milyon manat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmiş, 226 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 0,6 milyon manat və 0,5 milyon manat vəsait ödənilmişdir. 2006-cı ilin ilk 6 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 0,4 milyon manat olmuşdur.

Ötən dövr ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 1,3 milyon manata bərabər olmuşdur.

2006-cı il iyun ayının 30-a Fondun aktivləri ilin əvvəlinə nisbətən 10,4 % artaraq 1 414, 2 milyon manata (təqribən 1 579 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol