Alliance Factors şirkətinin mütəxəssisləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda “Public Key Infrastructure” texnologiyasına miqrasiya prosesinin ikinci mərhələsinə hazırlıq çərçivəsində SWIFT kompleksinin modernləşdirilməsini həyata keçirmişlər.
Baş qərargahı Moskvada yerləşən Alliance Factors şirkəti SWIFT-in səlahiyyətli, xidmət göstərən tərəfdaşıdır. Şirkətin məsul rəsmisinin bildirdiyinə görə, ARDNF Azərbaycanda SWIFT kompleksi üzrə belə modernləsdirməni SWIFT-in tərəfdaşı vasitəsilə həyata keçirən ilk təşkilatdır.