Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 may 2006-cı il tarixli Sərəncamı ilə Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilmişdir.
Cənab Mövsümov bu vaxtadək Azərbaycan Respublikası Milli Bankının Baş direktoru vəzifəsində çalışmışdır. O, həmçinin Milli Bankda baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti Sədrinin baş müşaviri vəzifələrində işləyib.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib və Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəetmə məktəbində Dövlət maliyyəsi ixtisası üzrə Magistr dərəcəsi alıb.