oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun növbəti toplantısı keçirilib

16 Feb 2006 11:00:00

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun növbəti toplantısı keçirilib

16 Feb 2006 11:00:00

2006-cı il fevralın 16-da Nigeriyanın paytaxtı Abuca şəhərində Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) növbəti toplantısı keçirilib. Azərbaycan hökumətini BMQ-də təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə hökumət Komissiyasının sədri cənab Samir Şərifov toplantıda iştirak edib.

Toplantının əsas müzakirə mövzusu MHŞT-nin Təşəbbüsə qoşulmuş ölkələrdə həyata keçirilməsinin qiymətləndirilməsi və təsdiqidir. Azərbaycan MHŞT-nin tətbiqi üzrə dünyada pilot ölkə olduğu üçün, prosesin qiymətləndirilməsində də pilot ölkə olmağı öz üzərinə götürüb. Artıq Azərbaycanda MHŞT-nin tətbiqi üzrə Memorandum tərəflərini təmsil edən İşçi qrupun üzvləri Böyük Britaniyanın İnkişaf Nazirliyi tərəfindən hazırlanmış xüsusi qiymətləndirmə bülletenləri üzrə ilkin qiymətləndirmə prosesini həyata keçiriblər.

BMQ-nin növbəti toplantısı aprelin 5-də Bakıda keçiriləcək. BMQ-nin yaradılması barədə qərar Şəffaflıq Təşəbbüsü üzrə 2-ci London konfransında (17 mart, 2005-ci il) verilib və MHŞT-ə qoşulmuş ölkələrə Təşəbbüsü həyata keçirməkdə köməklik göstərmək və yeni ölkələrin Təşəbbüsə qoşulmasını təmin etmək məqsədi daşıyır. Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyinin koordinatorluğu ilə yaradılmış 16 nəfərdən ibarət qrupa inkişaf etmiş ölkələrin, mineral ehtiyatlarla zəngin və Şəffaflıq Təşəbbüsünü tətbiq etmiş ölkələrin, hasliat sənayesində fəaliyyət göstərən şirkətlərin və qeyri-hökumət təşkilatının təmsilçiləri daxildir. Britaniya hökuməti Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə BMQ-də müşahidəçi və katiblik funksiyalarını həyata keçirir.

Xəbərlərə abunə ol