oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

27 Jan 2006 11:00:00

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

27 Jan 2006 11:00:00


Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır

"Mineral Ehtiyatların Hasilatı ilə Məşgul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbusu (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan höküməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya AGN Mak audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (üçüncü)hesabatını (2005-ci ilin yanvar-iyun ayları üzrə altı aylıq)– 2005-ci il yanvarın 27-də açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Bununla da mineral ehtiyatlarının hasilatı ilə məşğul olan sənaye sahələrindən məcmu gəlirlər barədə artıq üçüncü hesabatını dərc etdirən Azərbaycan hökuməti Təşəbbüslə bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdə davam etdiyini təsdiq etmiş oldu. Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 32 qeyri-hökumət təşkilatının (QHT) təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.

AGN Mak audit şirkətinin Rəyində deyilir: “…30 iyun 2005-ci il tarixdə bitən altı ay ərzində qəbul olunmuş ödənişlərin/daxilolmarın cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış, bütün əhəmiyyətli hallarda düzgün əks olunmuşdur”.

Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi ilə Dövlət Neft Fondunun, habeləMHŞT üzrə Katiblik funksiyalarını yerinə yetirən Böyük Britaniyanin Beynəlxalq Inkişaf NazirliyininQHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının internet səhifələrində yerləşdirilir.

Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə üçüncü hesabatı audit (AGN Mak) şirkətinin Rəyi ilə birlikdə 16 yanvar 2006-cı il tarixində keçirilmiş iclasda Memorandum tərəflərinə təqdim olunub. Tərəflərin birgə iclasında həmçinin üçüncü hesabat dövrünün nəticələri müzakirə olunub. Müzakirələr zamanı Memorandum tərəfləri hökumətin və şirkətlərin xam neftin ABƏŞ tərəfindən Azərbaycan hökumətinə təhvil verilməsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulması üçün BTC şirkətinin neftlə təmin olunması ilə bağlı birgə hesabat prosedurlarının təkmilləşdirilməsi məqsədilə əlavə səylərin göstərilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabat Hesabat dövrü: 2005-ci ilin yanvar-iyun ayları üzrə altı aylıq

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Senaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) - 30 iyun 2005

Xəbərlərə abunə ol