oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Britaniya, Norveç və Azərbaycan hökumətləri Neft Fondunun BMT-nin mükafatına layiq görülməsinə dair birgəəyanat imzalayıblar

06 Jun 2007 02:30:00

Britaniya, Norveç və Azərbaycan hökumətləri Neft Fondunun BMT-nin mükafatına layiq görülməsinə dair birgəəyanat imzalayıblar

06 Jun 2007 02:30:00

"DÖVLƏT NEFT FONDU BU MÜKAFATI ALMAQ ISTƏYƏN BIR ÇOX NAMIZƏDLƏRIN ARASINDAN SEÇILMIŞDIR"

Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı üzrə Yüksək səviyyəli Komitəsinin Nyu-Yorkda keçirilən 15-ci sessiyası zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Norveç və Azərbaycan hökumətləri birgə bəyanatla çıxış etmişlər.

Birgə bəyanatda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü barədə məlumat verilmiş, onun Azərbaycanda uğurla həyata keçirilməsi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"na (UN Public Service Award) layiq görülməsi xüsusi qeyd olunmuşdur.

Bəyanatda deyilir: "Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqində aparıcı rol oynayan Dövlət Neft Fondunun "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması" kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi barədə məlumat verməkdən məmnunluq duyuruq. Dövlət Neft Fondu bu mükafatı almaq istəyən bir çox namizədlərin arasından seçilmişdir".

Bəyanatda Təşəbbüsün tətbiqi ilə bağlı regional əməkdaşlığın əhəmiyyəti də xüsusi vurğulanır və Azərbaycanın bu sahədə öz təcrübəsini Qazaxıstanla bölüşməsi bu əməkdaşlığa misal olaraq göstərilir.

Xəbərlərə abunə ol