oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

DÜNYA ÖLKƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANIN ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNÜN TƏTBİQİNDƏ LİDERLİYİNİ XƏZƏR NEFT-QAZ 2007 KONFRANSINDA MÜZAKİRƏ ETMİŞLƏR

11 Jun 2007 02:30:00

DÜNYA ÖLKƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANIN ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜNÜN TƏTBİQİNDƏ LİDERLİYİNİ XƏZƏR NEFT-QAZ 2007 KONFRANSINDA MÜZAKİRƏ ETMİŞLƏR

11 Jun 2007 02:30:00

2007-ci il iyunun 6-7-də Bakıda "Xəzər neft, qaz, neftayırma və neft kimyası-2007" 14-cü beynəlxalq konfransı keçirilmişdir. Konfransın ikinci gününün növbəti sessiyası "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) - gəlirlərin şəffaflığı üçün qlobal standarta doğru" mövzusuna həsr olunmuşdur. Sessiyaya Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə hökumət Komissiyasını sədri Şahmar Mövsümov və Norveçin Azərbaycandakı səfiri Con Ramberq həmsədrlik etmişlər. Açılış nitqində C. Ramberq Azərbaycanın MHŞT-ə ilk olaraq qoşulan, Təşəbbüsün tətbiqinə dair ilk mexanizm hazırlayan və Təşəbbüs üzrə ilk hesabatlar dərc etdirən ölkə olduğunu qeyd etmişdir. "Azərbaycan hökuməti sürətlə inkişaf edən iqtisadiyyatı bir çox təhlükələrdən qorumaq üçün Şəffaflıq Təşəbbüsünün tətbiqinə ehtiyac olduğunu dərk edir."

Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristou öz çıxışında Azərbaycanın Şəffaflıq Təşəbbüsü çərçivəsində hesabat hazırlamış neft istehsal edən ilk ölkə olduğunu və bu ilin əvvəlində Təşəbbüs üzrə artıq beşinci hesabatını dərc etdirdiyini bildirmişdir. "Azərbaycan həm də qiymətləndirmə prosesini yerinə yetirəcək ilk ölkədir" - deyə səfir vurğulamışdır. O, Təşəbbüsün artıq əsl beynəlxalq hadisəyə çevrildiyini qeyd edərək bildirmişdir: "Azərbaycan və Təşəbbüsün iştirakçısı olan digər ölkələr göstərdilər ki, Təşəbbüs çərçivəsində hesabatlar dərc etdirmək mümkdür və bu, neft və qazdan gələn gəlirlərin daha yaxşı idarə olunmasına kömək edə bilər. İndi MHŞT-nin gələcəyinə inamla baxmağın vaxtıdır".

Xəbərlərə abunə ol