oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

NICO şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

22 Jun 2007 04:54:00

NICO şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

22 Jun 2007 04:54:00

2007-ci il iyunun 12-də Naftiran Intertrade Co. Limited (NİCO) şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla NİCO Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti -altıncı hesabat dövrü (2006-cı il üzrə illik) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 25-ə çatıb və artıq ölkədə neft və qaz hasilatı ilə məşğul olan bütün şirkətlər MHŞT-nin tətbiqi prosesinin iştirakçısıdır. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha üç şirkət - Inpex Azərbaycan, Binəqədi Oil və RAFI Oil şirkətləri qoşulub.

Xəbərlərə abunə ol