Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) Portfel İdarə Etmə / Portfel Mühasibat Sistemi proqram təminatı üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən keçirilmiş açıq tenderin qalibi Thomson Financial Limited ilə 2007-ci il iyunun 22-də müqavilə imzalayıb.
Portfel İdarə Etmə / Portfel Mühasibat Sistemi üzrə müqavilənin dəyəri 692,927 ABŞ dolları təşkil edir. Sistem üzrə proqram təminatının tətbiqinin 6 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Thomson Financial Limited maliyyə təşkilatlarına investisiyaların idarə olunması və bank xəzinədarlığı üzrə proqram təminatı və texnoloji xidmət göstərən, beynəlxalq nüfuzlu şirkətdir.