oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru 2006-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib

30 Jan 2007 01:16:48

Neft Fondunun İcraçı Direktoru 2006-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib

30 Jan 2007 01:16:48

2007-ci il yanvarın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov mətbuat konfransı keçirmişdir. O, Fondun 2006-ci ildə fəaliyyətinə dair təqdimatla çıxış etmiş və kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.


Ş. Mövsümov mətbuat konfransında Neft Fondunun 2006-cı ildə gəlir və xərcləri barədə hesabatını açıqlamışdır:


Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2006-cı il ərzində Neft Fondunun büdcə gəlirləri 985,9 milyon manat, büdcə xərcləri isə 981,3 milyon manat təşkil etmişdir.


2006-ci il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 930,0 milyon manat, o cümlədən mənfəət neftinin satışından 896,3 milyon manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsi üçün tranzit haqqından 12,7 milyon manat, bonus ödənişlərindən 1,8 milyon manat , akrhesabı ödənişlərdən 7, 6 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0, 6 milyon manat, Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən isə 11,0 milyon manat təşkil etmişdir.


Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 55,9 milyon manata bərabər olmuşdur.


Hesabat ili ərzində Neft Fondunun 2006-cı il büdcəsinin icrası çərçivəsində 110,0 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 75,4 milyon manat Bakı-Tbilisi-Ceyhan Əsas Ixrac Boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyəşdirilməsinə yönəldilmiş, 585 milyon manat isə dövlət büdcəsinə transfer edilmişdir.Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsinə 82,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün isə 37,0 milyon manat vəsait ödənilmişdir. Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması məqsədilə 90,0 milyon manat vəsait ayrılmışdır. 2006-cı ildə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 1,2 milyon manat olmuşdur.


Ötən il ərzində Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri 17, 6 milyon manat, o cümlədən Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı xərcləri 17,5 milyon manat, digər xərclərin miqdarı isə 0,1 milyon manata bərabər olmuşdur.


2006-cı ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik ? hesabat valyutasi üzrə (Azərbaycan manatı) 2,9 %, baza valyutasi üzrə (ABŞ dollari) isə 8,5% təşkil etmişdir.


2007-ci il yanvarın 1-ə Fondun aktivləri 1267, 4 mln. manata (1454, 5 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol