oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

26 Jan 2007 12:19:12

MHŞT üzrə Komissiyanın növbəti iclası keçirilmişdir

26 Jan 2007 12:19:12

2007-cü il yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın növbəti iclası keçirilmişdir. Komissiyanın sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı əldə edilmiş son nailiyyətlərlə bağlı Komissiya üzvlərinə məlumat vermişdir. O, 2006-cı il oktyabrın 14-16-da Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş MHŞT üzrə 3-cü beynəlxalq konfransda Azərbaycanın Təşəbbüs üzrə İdarə Heyətinə üzv seçildiyini və MHŞT üzrə Katibliyin yaradıldığını, eləcə də 2006-cı il dekabrın 7-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında İdarə Heyətinin ilk iclasının keçirildiyini qeyd etmişdir. İdarə Heyətinin iclasında iştirak etdiyini bildirən Komissiya sədri BMT-nin Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin Azərbaycan hökuməti tərəfindən irəli sürüləcəyinin nəzərdən keçiriləcəyi barədə də məlumat vermişdir.


O, Şəffaflıq Təşəbbüsünün tətbiqi üzrə Qarşılıqlı Anlaşma Memorandumuna yeni şirkətlərin qoşulduğunu, Təşəbbüsün Azərbaycanda həyata keçirilməsi prosesinin vətəndaş cəmiyyəti və yerli və xarici hasliat şirkətlərilə əməkdaşlıq nəticəsində uğurla davam etdiyini və bu prosesin xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.


Komissiya sədri Təşəbbüsə 20-dən çox ölkənin qoşulmasına baxmayaraq, onun Azərbaycanla yanaşı yalnız bir neçə ölkədə Təşəbbüsün bütün prinsiplərinə uyğun şəkildə tətbiq edildiyini və Təşəbbüsə qoşulmuş, ancaq onu həyata keçirməyən ölkələrin müəyyən edilməsi məqsədilə Təşəbbüsün tətbiqinin təsdiqi prosesinin həyata keçiriləciyini, Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində olduğu kimi, onun təsdiqinin reallaşdırılmasında da birinci ölkə olmağı öz üzərinə götürüldüyünü dedi.

Xəbərlərə abunə ol