Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-ci il 28 dekabr tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2007-ci il büdcəsini təsdiq etmişdir. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2007-cı ildə Fondun gəlirləri 1 555 739, 6 min YM, xərcləri 977 066,9 min YM nəzərdə tutulur.
Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirlərinin aşağıdakı daxilolmalar hesabına formalaşması nəzərdə tutulur:
N | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sıgorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 1429724,2 |
2. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 5 561,6 |
3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 14 620,0 |
4. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) | 17 200,0 |
5. | Digər gəlirlər və daxilolmalar | 200,0 |
6. | Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 55 067,4 |
7. | Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən ödənişlər | 33 366,4 |
Cəmi | 1 555 39,6 |
Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
N | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
1. | Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 124 161,0 |
2. | Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinə transfert | 585 000,0 |
3. | Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi | 183 620,0 |
4. | Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 76 900,0 |
5. | Azərbaycan Respublikasi Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 7 385,9 |
Cəmi | 977 066,9 |
Neft Fondunun büdcəsinin təsdiq edilməsi Fondun Əsasnaməsi və büdcəsinin tərtibi və icrası Qaydaları ilə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq həyata keçirilmişdir.