oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

27 Nov 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

27 Nov 2008 11:00:00
Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 9 190,2 milyon manat, büdcə xərcləri isə 2 498,2 milyon manat təşkil etmişdir.

2008-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 127,2 milyon manat, o cümlədən mənfəət neftinin satışından 9 060,7 milyon manat, akrhesabı ödənişlərdən 0,8 milyon manat, bonus ödənişlərindən 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,4 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlər 60,4 milyon manat, tranzit haqqı 0,1 milyon manat təşkil etmişdir.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 63,0 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 85,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 79,5 milyon manat və 135,8 milyon manat vəsait ayrılmışdır. 2 190,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmiş, 3,7 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 0,6 milyon manat vəsait ayrılmışdır. 2008-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 3,1 milyon manat olmuşdur.

Fond 22,5 milyon manat məbləğində mənfəət vergisi və digər vergilər ödəmişdir. Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri 383,1 milyon manat təşkil etmişdir.

2008-ci il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 4 dəfə artaraq 8 378,8 mln. manata (10 382,2 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol