Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il noyabrın 27-də Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə, Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Milli Bankının İdarə heyətinin sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov Müşahidə Şurasının üzvləri təsdiq ediliblər.