oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun icraçı direktoru ABŞ-ın Dövlət Katibinin İqtisadiyyat, Enerji və Kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefrini qəbul etmişdir

21 Apr 2008 11:00:00

Neft Fondunun icraçı direktoru ABŞ-ın Dövlət Katibinin İqtisadiyyat, Enerji və Kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefrini qəbul etmişdir

21 Apr 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il aprelin 22-də ABŞ-ın Dövlət Katibinin İqtisadiyyat, Enerji və Kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefrini qəbul etmişdir.

Görüşdə Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə qonaqlara məlumat vermişdir. O, cari il fevralın 13-də BMT-nin Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin Azərbaycan hökuməti tərəfindən BMT-nin Katibliyinə təqdim olunduğunu və müzakirələrin başlandığını qonaqların nəzərinə çatdırmış və onların suallarını cavablandırmışdır.

Görüşdə Azərbaycan və ABŞ arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri də müzakirə olunmuşdur. Cənab Ruben Cefri Dövlət Neft Fondunun nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmiş və Fondun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Xəbərlərə abunə ol