oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun saytı yenilənmişdir

02 Jun 2008 11:00:00

Neft Fondunun saytı yenilənmişdir

02 Jun 2008 11:00:00

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az İnternet ünvanında yerləşən və 2001-ci ildən bəri fəaliyyət göstərən internet səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilmişdir. Saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin Neft Fondu haqqında daha ətraflı məlumatlanmasına kömək etmək və Fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.

Saytın Fond haqqında bölməsində Neft Fondunun tarixi, fəlsəfəsi, Fondun qarşısında qoyulan məqsəd və vəzifələr, idarəetmə mexanizmi və strukturu haqqında məlumatlar, Fondun maliyyə fəaliyyətində işlənən terminlərin izahlı lüğəti, vakansiyalar haqqında məlumatlar, faydalı linklər və Fondla əlaqə yaratmaq üçün telefon nömrələri və elektron poçtunun ünvanı yerləşdirilib.

Fəaliyyət bölümü Fondun vəsaitlərinin idarəedilməsi, beynəlxalq münasibətlər, maliyyələşdirdiyi layihələr və kadr siyasəti barədə məlumatları əhatə edir.

Hüquqi sənədlər bölümündə Fondun fəaliyyəti ilə bağlı Qanunlar, Fərmanlar və Sərəncamlar yer alıb.

Saytdakı hesabatlar və statistika bölümündə isə Fondun fəaliyyətinə dair illik hesabatlar, Fondun gəlir və xərcləri barədə rüblük məlumatlar, Fondun maliyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit olunmuş hesabatları və Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) hesabatlarının cəmləşdiyi hesabat arxivi, Neft Fondunun büdcəsinə dair məlumatlar və son rəqəmlər yerləşdirilib.

Mətbuat Guşəsi bölümündə isə Fondun İctimaiyyətlə Əlaqələri, İnformasiya siyasəti, elanlar, Fondun icraçı direktorunun çıxış və təqdimatları, Fond fəaliyyətə başladığı vaxtdan bu günədək onun fəaliyyətinə, eləcə də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair xəbərlər arxivi, Neft Fondu haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazıların elektron variantı və ictimaiyyətin Fondun fəaliyyətinə dair fikirlərinin qeyd ediləcəyi rəy və təkliflər bölümü yer alıb.

Saytda Fonda dair yeni məlumatları əldə etmək üçün abunə yazılışı da mövcuddur.

Jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri saytda yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara tez bir zamanda cavab ala biləcəklər.

Saytda xüsusi MHŞT bölümü də var ki, burada Azərbaycan hökumətinin Şəffaflıq Təşəbbüsünə qoşulduğu vaxtdan bu sahədə göstərdiyi fəaliyyətə və qazandığı uğurlara dair məlumatları, həmçinin Azərbaycan hökumətinin açıqladığı MHŞT üzrə hesabatları və auditor şirkətinin rəylərini və digər faydalı məlumatları oxumaq mümkün olacaq.

Saytda eləcə də gündəlik yeniləşən əsas xarici valyutaların məzənnələri, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti də oxucuların məlumatlanması üçün nəzərdə tutulub.

Xəbərlərə abunə ol