oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclası Bakıda keçirilmişdir

16 Oct 2009 11:00:00

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclası Bakıda keçirilmişdir

16 Oct 2009 11:00:00

2009-cu il oktyabrın 14-15-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 10-cu iclası Bakıda keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

İclasda Liberiyaya tamhüquqlu üzv statusu verilmişdir. MHŞT üzrə İdarə Heyətinin sədri Piter Ayqen bildirdi ki, Liberiya MHŞT üzrə tamhüquqlu üzv statusunu alan ilk Afrika ölkəsidir və öz hesabatlarına meşə sektorunu daxil etmiş ilk ölkədir. Piter Ayqen qeyd etdi ki, Liberiyanın tamhüquqlu üzv statusu alması və müvəffəqiyyəti göstərdi ki, siyasi dəstək olmaqla hökumət, vətəndaş cəmiyyəti və şirkətlər birgə işlədikdə nələrə nail ola bilər.

İclasda Azərbaycanda MHŞT-nin tətbiqinə dair son irəliləyişlər müzakirə edilmiş, İdarə Heyətinə MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında Razılaşma sənədi və yeni İş Planı haqqında məlumat verilmişdir. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin sədri Piter Ayqen Azərbaycanın MHŞT üzrə tamhüquqlu üzv statusu alan ilk ölkə olduğunu, MHŞT tərəfləri arasında gəlirlərin şəffaflığı sahəsində təkmilləşdirmə işlərinin davam etdirildiyini bildirmişdir. Sədr Azərbaycan və Liberiyada təbii resursların idarəedilməsi sahəsində MHŞT prosesinin təkmilləşdirilməsinin genişləndirildiyini nəzərə alaraq bu ölkələrdə irəliləyişlərin gələcəkdə də izlənməsinin davam etdiriləcəyini iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

İdarə Heyəti MHŞT-ni tətbiq edən digər ölkələrdəki vəziyyəti də müzakirə etmişdir. Kamerun, Kot Divuar, Qabon, Qana, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Nigeriya, Konqo Respublikası, Timor Lestin rəsmi olaraq MHŞT-nin tətbiqi prosesinin qiymətləndirilməsinə başladıqları bildirildi.

Xəbərlərə abunə ol