2009-cu il sentyabrın 28-də ABŞ Ticarət və İnkişaf Agentliyi (TİA) ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) arasında ARDNF-ə 250 000 ABŞ dolları məbləğində texniki yardım ayrılması barədə qrant sazişi imzalanıb. "Dövlət Neft Fondunun İnstitusional İnkişafı Layihəsi üzrə 3-cü fazanın texniki yardımı üçün mallar və xidmətlərin dəyərinin maliyyələşdiriməsinə dair Qrant Sazişi"ni ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov və TİA-nın Avropa və Avrasiya ölkələri üzrə direktoru Skot Qrinit imzalayıb.
Layihənin Overture Financial Services şirkəti tərəfindən həyata keçiriləcək üçüncü mərhələsində risklərin idarə edilməsi və ölçülməsi, treninqlərin təşkilini həyata keçirən şirkətin/sistemin seçilməsi üçün Neft Fonduna məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.