oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Suveren Fondların Beynəlxalq Forumunun iclası 8-9 oktyabr 2009-cu il tarixlərində Bakıda keçiriləcəkdir

23 Sep 2009 11:00:00

Suveren Fondların Beynəlxalq Forumunun iclası 8-9 oktyabr 2009-cu il tarixlərində Bakıda keçiriləcəkdir

23 Sep 2009 11:00:00

Suveren Fondların Forumunun Katibliyinin rəsmi məlumatı

8-9 oktyabr 2009-cu il tarixlərində Azərbaycan hökuməti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) ilk iclası keçiriləcəkdir.

Dünyanın 20-dən artıq ölkəsinin suveren fondlarının yüksək səviyyəli nümayəndələrinin iclasında qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı inkişaf müzakirə ediləcək və Forumun gələcək fəaliyyətini müəyyənləşdirmək üçün iş planı razılaşdırılacaqdır. Tədbirdən sonra SFBF tərəfindən iclasa dair bəyanat hazırlanacaq və Bakı görüşünün yekunlarına dair mətbuat konfransı keçiriləcəkdir.

Kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası və KİV-lə əlaqədar digər məsələlərlə bağlı 2 oktyabr 2009-cu il tarixindən gec olmayaraq Neft Fondunun Mətbuat katibi Cəmalə Əliyevadan + 994 12498 65 34 əlaqə nömrəsi və ya jamala.aliyeva@oilfund.az poçt ünvanı vasitəsilə məlumat almaq mümkündür.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır. Suveren Fondların Beynəlxalq Forumu könüllü qrup olub, suveren fondların ümumi marağına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santiaqo prinsiplərini rəhbər tutaraq suveren fondların fəaliyyətlərinin inkişaf etdirilməsinə kömək etmək məqsədilə yaradılmışdır.

Xəbərlərə abunə ol