oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT tərəflərinin birgə iclası keçirilmişdir

28 Aug 2009 11:00:00

MHŞT tərəflərinin birgə iclası keçirilmişdir

28 Aug 2009 11:00:00

Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

2009-cu il avqustun 26-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) tərəflərinin - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının birgə iclası keçirilmişdir.

İclasda Deloyt end Tuş audit şirkəti tərəfindən yoxlanılmış MHŞT üzrə onuncu hesabata (2008-ci il üzrə illik) dair QHT Koalisiyasının rəyi müzakirə edilmişdir. Audit şirkətinin də iştirak etdiyi iclasda Koalisiyanın rəyində qaldırılan məsələlərə dair audit şirkəti tərəfindən əlavə məlumat verilmiş və bir sıra suallar cavablandırılmışdır.

Müzakirələr nəticəsində hesabatlılığın təkmilləşdirilməsinə dair bir sıra qərarlar qəbul edilmişdir.

İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun formalaşdırılması və fəaliyyəti haqqında Razılaşma sənədi geniş müzakirə edilmiş və bir sıra məsələlər istisna olmaqla sənəd əsasən razılaşdırılmışdır. Razılaşdırılmamış məsələlər qısa müddət ərzində tam razılaşdırıldıqdan sonra sənədin imzalanması nəzərdə tutulur.

Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatı. Hesabat dövrü: 2008-ci il illik

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) - 31 dekabr 2008


Xəbərlərə abunə ol