oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

MHŞT üzrə on birinci mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

15 Jul 2009 11:00:00

MHŞT üzrə on birinci mərhələnin hesabatlarına "Mur Stefens" şirkəti rəy verəcək

15 Jul 2009 11:00:00

2009-cu il iyulun 15-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - on birinci hesabat mərhələsi üzrə hesabatlarını (2009-cu ilin ilk 6 ayı) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmişdir. Bərabər sayda Hökuməti, QHT-lər Koalissiyası və Şirkətlər qrupunu təmsil edən 6 nəfərdən ibarət Seçim Qrupu auditin "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə qərar vermişdir.

Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu audit şirkətinə (Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və Moore Stephens) müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.

Xəbərlərə abunə ol